Ailə başçısı Əyyub Əkbərov müxbirimizlə söhbətində deyib: “30 il idi ki, doğma torpaqlarımızdan didərgin düşmüşdük. Bu illər ərzində bir gün də olsun doğma yurdumuzu unutmamış, hər zaman torpaqlarımıza qayıtmaq ümidi ilə yaşamışıq. Artıq Prezidentimizin qətiyyəti, ordumuzun gücü ilə ən böyük istəyimiz gerçəkləşib. Əgər 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayırdıqsa, bu il doğma yurda qayıdışın sevincini yaşayırıq. Əziz bayramımız olan Novruz bayramı ərəfəsində 30 il həsrətində olduğumuz yurdumuza qayıtdıq. Dövlətimiz tərəfindən burada sakinlər üçün ən gözəl şərait yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəndə səfər edərək yaradılan şəraitlə tanış oldu, bayram tonqalını alovlandırdı. Çox sevinirik ki, səfər çərçivəsində dövlətimizin başçısı bizim evimizdə də oldu, bizimlə söhbət etdi. Bu anları heç vaxt unutmarıq. Builki Novruz həyatımızın ən gözəl bayramı oldu. Bu sevinci bizə bəxş etdiyi üçün Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindən sonra martın 16-da Tərtər rayonunun Talış kəndinə də məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib. İlkin mərhələdə kəndə 20 məcburi köçkün ailəsi köçürülüb.

AzVision.az
Teqlər: