Kürdəmirdə 30 yaşlı kişi intihar edib

   Kürdəmirdə 30 yaşlı kişi intihar edib
  23 Mart 2023    Oxunub:861
Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü Mirməmmədov Samir Canməmməd oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.(Report)


Teqlər:





Xəbər lenti