“La Vira - məxfi menyu”: Ermənistanın xüsusi xidmət orqanları necə ələ salındı?

      “La Vira - məxfi menyu”:    Ermənistanın xüsusi xidmət orqanları necə ələ salındı?
  25 Mart 2023    Oxunub:1747
REAL TV “La Vira – məxfi menyu” adlı sənədli film çəkib.
AzVision.az xəbər verir ki, martın 28-də REAL TV-də nümayiş olunacaq bu filmdə Azərbaycan xüsusi xidmət orqanlarının məxfi əməliyyatından bəhs edilir. Həmin əməliyyat 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə özünəməxsus rol oynayıb.

Sənədli filmdə 2019-cu ilin mart ayından Ermənistan xüsusi xidmət orqanlarının başına bəla kimi gətirilən hadisədən söz açılır: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanlarını necə ələ salmasından bəhs edilir. “La Vira” italyan mətbəxinə aid təamdır. Tamaşaçı filmdə Azərbaycan DTX-nin Ermənistan məxfi xidmət əməkdaşlarına bu təamı necə “həzm etdirməsi” ilə tanış olacaq. Filmdə bu nadir əməliyyat barədə tamaşaçılara unikal arxiv materialları əsasında ətraflı məlumat verilir.




Teqlər:





Xəbər lenti