Ələtdə kişi meyiti tapılıb

Ələtdə kişi meyiti tapılıb
  25 Mart 2023    Oxunub:1222
Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirildiyinə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

AzVision.az



Teqlər: Qaradağ   Meyit  





Xəbər lenti