49 yaşlı kişini döyərək öldürdü

49 yaşlı kişini döyərək öldürdü
  26 Mart 2023    Oxunub:1391
Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.

***
Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini, 1989-cü il təvəllüdlü Şahin Ehtibar oğlu Quliyev tutularaq istintaqa təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti