Deputat Fazil Mustafa güllələndi

 Deputat Fazil Mustafa güllələndi
  28 Mart 2023    Oxunub:2106
Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
AzVision.az xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. O, iki güllə yarası alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

AzVision.az



Teqlər: Deputat  





Xəbər lenti