Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

 Bakıda əfqan qız özünü  “zapravka”da yandırmaq istədi
  29 Mart 2023    Oxunub:858
Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.
AzVision.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Əfqanıstan vətəndaşı olan 1994-cü il təvəllüdlü Z.Qulami üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun intihar cəhdinin qarşısı ərazidəki polis əməkdaşları tərəfindən alınıb.

Z.Qulami izahatının alınması məqsədilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti