Qəzaya düşən polkovnik öldü

Qəzaya düşən polkovnik öldü
  23 May 2014    Oxunub:986
Bakıda bir neçə gün əvvəl qəzaya düşən yüksək rütbəli hərbçi dünyasını dəyişib.
APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədov aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat edib.

Qeyd edək ki, məlum hadisə mayın 18-də 3-cü mikrorayon dairəsində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.

Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.


Teqlər:





Xəbər lenti