Bakıda taksi sürücüsü döyülərkən qəza törədib - FOTO

   Bakıda taksi sürücüsü döyülərkən qəza törədib -    FOTO
  30 Mart 2023    Oxunub:792
Bakının Binəqədi rayonunda sahibkar sürücünü döydüyü üçün qəza baş verib.
Hadisə Mir Cəlal Paşayev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş verib.

Belə ki, Bayramov Tural “Toyota” markalı maşınla hərəkətdə olarkən kəsişmədə idarəetməni itirərək avtomobilini əvvəlcə “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpıb.

Daha sonra taksi fəaliyyəti ilə məşğul olan sürücü maşınını “Toyota Land Cruiser”ə çırpıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Sürücü T.Bayramov APA-ya bildirib ki, o sükan arxasında olarkən maşında olan üç sərnişin onu döyüb.

Onlardan biri taksi sahəsində sahibkar olub. Sürücü iddia edib ki, sahibkar ondan min manat istəyib.Elə mübahisə də burdan başlayıb.Turalın iddiasına görə, qəza o döyülərkən baş verib.
Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.Qəzanın dəqiq səbəbləri araşdırılır.Sürücünün şikayəti üzrə 3 nəfər axtarılır.


Teqlər:





Xəbər lenti