Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışıb

Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışıb
  31 Mart 2023    Oxunub:1065
Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, Baş nazir Əli Əsədov Alixan Smailovu yenidən Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı əsnasında iki ölkə arasında dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti