İran Bakıya yeni səfir göndərir?

   İran Bakıya yeni səfir göndərir?
  02 Aprel 2023    Oxunub:1613
İranın Azərbaycana yeni səfir göndərəcəyi iddia olunur.
AzVision.az xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçilu Azərbaycana səfir təyin olunacaq.

Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində çalışıb. O, XİN-də İdarə rəisidir.

Qeyd edək ki, İranın Azərbaycana yeni səfir təyinatı barədə rəsmi açıqlama verilməyib. Onu da bildirək ki, İranın Bakıda fəaliyyət göstərən hazırki səfiri Seyid Abbas Musəvidir.

AzVision.az


Teqlər:





Xəbər lenti