Qəbələdə avtomobil körpüdən aşıb

Qəbələdə avtomobil körpüdən aşıb
  02 Aprel 2023    Oxunub:1630
Bu gün saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində “VAZ-2106”markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, nəticədə sürücü xəsarət alıb və avtomobildə sərnişin qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti