"Xəzər dənizi yaşıl enerjinin məkanı olacaq" - Nazir müavini

   "Xəzər dənizi yaşıl enerjinin məkanı olacaq" -    Nazir müavini
  03 Aprel 2023    Oxunub:1136
"Xəzər dənizi yaşıl enerjinin məkanı olacaq". AzVision.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan özünün və Avropanın enerji sahəsini şaxələndirir.
Nazir müavini həmçinin bərpa olunan enerji sahəsində strateji hədəflər, görülən genişmiqyaslı işlər və reallaşdırılan layihələr haqqında məlumat verib: “8 ay ərzində “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkəti ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərini imzaladıq. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır”.

Nazir müavini Naxçıvanın zəngin günəş enerjisi potensialı, “yaşıl enerji” mərkəzinə çevirilməsi və burada 1500 MVt gücündə xarici investisiya layihələri ilə bağlı planlar haqqında danışıb. O bildirib ki, enerji potensialımızı toplam olaraq Türkiyə və Avropaya ixrac edə bilərik: "Yaşıl enerji dəhlizi Azərbaycandan keçərək Qara dənizaltı layihəsi vasitəsilə reallaşacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti