Azərbaycan bərpaolunan enerji ilə bağlı batareyalar alacaq

E.Soltanovun sözlərinə görə, hazırda batareyalar çox baha olduğu üçün onların alınmasında çətinliklər var:
“Bildiyiniz kimi bu növ batareyalar elektrik enejrisindən səmərəli istifadəsinə şərair yaradır. Amma bu gün batareyaların qiyməti çox yüksəkdir. Qərbdə bu batareyaların alınması zamanı xərclənən vəsait sonda tariflərin üzərinə gəlir. Lakin bizim dövlət sosial dövlətdir və bu addımı atmırıq. Ona görə də hazırda müzakirələr ilkin mərhələdədir. Hansı həcmdə və hansı texnologiyada olan batareyanın alınması əsas müzakirə mövzusudur”.
Aytən Zəhra
AzVision.az
Teqlər: