"ABŞ öhdəliyinə sadiqdir" - Arun Venkataraman

   "ABŞ öhdəliyinə sadiqdir" -    Arun Venkataraman
  03 Aprel 2023    Oxunub:1243
"ABŞ-ın ticarət departamenti, habelə özəl sektoru Azərbaycana bərpa olunan enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır”.
AzVision.az xəbər verir ki, bunu ABŞ-in Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə Baş Direktor Arun Venkataraman Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ emissiya səviyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiqdir:

"Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə Birləşmiş Ştatlarda ətraf mühitə atılan tullantıların səviyyəsini 2050-ci il üçün sıfıra çatdırmaq öhdəliyini götürüb. Cari Administrasiya iqlim dəyişikliyi problemi ilə mübarizə üçün bütün hökümət qurumları arasında əlaqələndirilmiş yanaşma tətbiq edir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti