İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur

     İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur
  03 Aprel 2023    Oxunub:2686
Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub.
Məsələ bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib. İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Qeyd edək ki, Ali Məhkəmənin sədri postu bir aydır boşdur. Əvvəlki sədr Ramiz Rzayevin səlahiyyət müddəti ötən ay bitib.

AzVision.az


Teqlər:





Xəbər lenti