Ötən ay 926 mina aşkarlanıb

Ötən ay 926 mina aşkarlanıb
  03 Aprel 2023    Oxunub:910
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlanıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti