Əli Kərimli niyə İranın adını çəkə bilmir? – Deputatın versiyaları
- Aparıcı Şahnaz Bəylərqızı bu terror aktının İrana bağlı olması ehtimalı ilə əlaqədar dəfələrlə açıq sual verir. Əli Kərimli gah deyir ki, dövlətlərarası maraqlara zərər vurmaq istəmir, gah deyir hüquq-mühafizə orqanlarının fəaliyyətinə təsir etmək istəmir. Sonra Fazil bəyə qarşı sui-qəsdə “bir cinayət əksik, bir cinayət artıq” kimi qiymət verir, ciddi-cəhdlə İranın adını ehtimal kimi çəkməkdən imtina edir, hətta deyərdim ki, diqqəti tamamilə İrandan yayındırmaq istəyir, - deputat vurğulayıb.
Kamal Cəfərov qeyd edib ki, birincisi, dövlət maraqlarını düşünən siyasətçi hər iki dəqiqədən bir qardaş Türkiyəni ittiham etməz, Paşinyanı “demokrat” adlandırmaz. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə təsir etmək istəməyən şəxs bütün fəaliyyətini həmin qurumları ləkələməyə sərf etməz.
- Maraqlıdır, Əli Kərimli İranın adının sadəcə bir ehtimal kimi çəkməkdən niyə imtina edir? – deputat soruşub.- Bəlkə İran kəşfiyyat orqanlarında onunla bağlı hansısa material var? Çünki Əli Kərimli Nardaran məsələsində dövlətə xəyanət edənləri, cinayətkarları partiyasına qəbul etdi, öz qurama “Milli-Şurası”na üzv təyin etdi, xəyanətkarları müdafiə etdi. Həqiqətən çox maraqlıdır. Onsuz da Əli Kərimlinin anti-milli mövqedə olması, Azərbaycan xalqının maraqlarına qarşı açıq mübarizə aparması sirr deyil. Digər tərəfdən o, adətən Türkiyə, Rusiya və digər qonşu dövlətlərin adını çəkir, nələrdəsə ittiham edir. Ancaq nə üçün İranın adını hətta sadəcə bir ehtimal kimi dilinə gətirməyə cəsarət etmir?! Niyə xüsusi cəhdlə aparıcının dəqiq suallarından yayınır?! Birazdan çıxıb Fazil Mustafaya atəş açan şəxsi müdafiə etsə, onun günahkar olmadığını iddia etsə, buna da təəccüb etməyəcəm!
Heç bir versiyanı istisna etməyən deputat bu yolla Əli Kərimlinin İranda dini təhsil almış radikalları öz elektrotatına, resursuna çevirmək istəməsinin də mümkün olduğunu deyib. Ancaq əmin olduğunu bildirib ki, Əli Kərimli istənilən halda səhv edir: “O, 30 ildir siyasətlə məşğul olmağa cəhd göstərir, ancaq dərk edə bilmir ki, Azərbaycan dövlətinin və xalqının əsl resursu, sərvəti Azərbaycançılıq ideologiyasıdır. 2-ci Qarabağ müharibəsi də bunun ən böyük nümunəsidir. 2-ci Qarabağ müharibəsində yaralanan yoldaşını canı bahasına qoruyan və onun qisasını alan mərd əsgərimiz onun Əli və ya Hüseyn, Denis və ya Avraam olmasını, şimaldan, cənubdan, qərbdən və ya şərqdən olmasını bir an belə düşünməyib. 2-ci Qarabağ müharibəsində döyüşən Azərbaycan gəncinin ürəyi müstəqillik hissi ilə döyünüb, beyni Azərbaycançılıq idelogiyası ilə düşünüb. Azərbaycanın əsl sərvəti, resursu isə məhz budur. Bəziləri bu sərvətimizin əhəmiyyətini azaltmaq üçün bunu coğrafi yerləşmə və tarixi inkişafla əlaqələndirirlər. Əsla belə deyil. Qonşu ölkələr də bizimlə eyni coğrafiyada yerləşirlər, ancaq heç birində, hətta xristian ölkələrində belə Azərbaycanda olduğu qədər tolerantlıq, multikulturalizm, birlik yoxdur. Bu isə bizim anadangəlmə talantımız deyil. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyara keçirilən böyük siyasətin zəfəridir. Bu gün milli birliyimizə və kimliyimizə şübhə edən, mübahisələndirən və buna qarşı mübarizə aparan bizdən deyil, Azərbaycanlı deyil”.
Teqlər: Əli-Kərimli







Vaxtında, Aydın, Lazımlı!


