Zirvədə saxtakarlıq, yaxud saxtakarlığın zirvəsi – FOTOLAR

   Zirvədə saxtakarlıq, yaxud saxtakarlığın zirvəsi –    FOTOLAR
  04 Aprel 2023    Oxunub:5449
Keçən ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən genişmiqyaslı "Qətiyyətli cavab" əməliyyatı nəticəsində Laçının Böyük İşıqlı (3550.4 m) və Kiçik İşıqlı (3450.6 m) vulkanik dağları istiqamətində düşmən nəzarətində olan bir neçə adsız yüksəklik nəzarətimizə götürülmüş, Ermənistan ordusunun bölmələri isə Qərbi Zəngəzura tərəf - düzəngahlıq əraziyə sıxışdırılmışdı.

İtki vermədən ələ keçirilmiş adsız strateji yüksəkliklərin birində (3235.5 m) qəribə bir artefaktla rastlaşdım. Laçın rayonunun boşaldılması üçün verilən vaxtdan (1.12.2020) "səmərəli" istifadə edən hay tayfası qəbristanlıqları və yolları minalamaqla, olan-qalan infrastruktur obyektlərini sökməklə, ağacları kəsməklə kifayətlənməyərək, dövlət sərhədindəki strateji yüksəkliklədə mövqelənmiş və hətta onun "qədimi erməni ərazisi" kimi təqdim etməyə çalışmışdı.


Şəkildə gördüyünüz xaç işarəli daş parçası düşmənin keçmiş dayaq məntəqəsindəki qayadan sökülüb və elə oradaca hazırlanıb. Əməliyyatı keçirməyə biraz da geciksəydik, yanında balaca kilsə və daha 20-30 qəbir daşı hazırlayıb, dünyaya daha bir mifik Tiqranakertin tapıldığı barədə car çəkəcəkdilər...





Hans Kloss ©
Laçın: Qızıltəpə və 3235.5 m strateji yüksəklik
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ön-xətt  



Xəbər lenti