"Azərbaycan on kilometrlik xətt boyu mövqelərini möhkəmləndirir" - Erməni deputat

   "Azərbaycan on kilometrlik xətt boyu mövqelərini möhkəmləndirir" -    Erməni deputat
  04 Aprel 2023    Oxunub:1006
"Azərbaycan Silahlı Qüvvələri Qarabağda bir neçə on kilometrlik xətt boyu mövqelərini möhkəmləndirir".
Bu barədə “Mənim şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan sosial şəbəkədə yazıb.

"Azərbaycanın Stepanakert-Lisaqor(Xankəndi-Turşsu) torpaq yolu istiqamətində irəliləməsindən sonra azərbaycanlılar bir neçə on kilometrlik xətt boyunca yerləşdirmə, möhkəmləndirmə, genişləndirmə üzərində işləyirlər”, - Abrahamyan bildirib.

Onun sözlərinə görə, bəzi istiqamətlərdə irəliləmək mümkün olmayıb, lakin Azərbaycan 5-6 bölmədə daha əlverişli mövqelər tutmaq imkanı əldə edib.

Deputat bildirib ki, rəsmi Bakı Qarabağın kommunikasiya marşrutlarına nəzarəti gücləndirir və hansı istiqamətdə hərəkət edəcəyini əvvəlcədən müəyyənləşdirir.

Qeyd edək ki, Azərbaycan Ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb", - nazirlikdən bildirilib.

Martın 25-də Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləri artıq Azərbaycan Ordusunun nəzarəti altındadır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti