Generalın adından saxta məktub yayıldı - FOTO

   Generalın adından saxta məktub yayıldı -    FOTO
  04 Aprel 2023    Oxunub:2437
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov tərəfindən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli "məktub"un şəkli yayılıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, qeyd olunan "məktub" saxtadır və həqiqəti əks etdirmir.

"Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - FHN-dən qeyd edilib.



AzVision.az


Teqlər:



Xəbər lenti