Petrosyandan vətəndaşın gözünə tüpürən spikerə: "Bu, artıq Ermənistanın sonudur"

   Petrosyandan vətəndaşın gözünə tüpürən spikerə:    "Bu, artıq Ermənistanın sonudur"
  04 Aprel 2023    Oxunub:1825
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan parlamentin spikeri Alen Simonyanın İrəvanın mərkəzində onu satqın adlandıran vətəndaşın gözünə tüpürməsinə münaibət bildirib. Sabiq lider insidenti iyrənc adlandırıb və Simonyanı istefaya çağırıb. O, bu barədə sosial şəbəkədə yazıb.
Bu, beynəlxalq ictimaiyyət qarşısında xalqımızın şərəfini bərpa etməyin yeganə yoludur”, - deyə Ter-Petrosyan yazıb.

Onun sözlərinə görə, Ermənistan Milli Məclisi və “Mülki müqavilə” fraksiyası öz avtoritetini qorumaq üçün bu addımı atmağa borcludur.

Bununla yanaşı, Ter-Petrosyan izah edib ki, özlüyündə tüpürmək feli vulqarizmdir və danışıq nitqində istifadə olunur.

O, nəinki dövlət xadiminin leksikonunda kök salmaqla yanaşı, konkret hərəkətə çevrilirsə, bu, artıq “dövlətin sonu”dur.

“Satqın” sözünə gəlincə, sabiq dövlət başçısı buna təhqiramiz cavab verməməyə çağırıb.

Onun fikrincə, bu, “şəxsi təhqir deyil, sırf siyasi qiymətdir” və buna vulqar çıxış və ya tüpürcəklə deyil, “düzgün və əsaslı” cavab verilməlidir.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın mərkəzində onu satqın adlandıran vətəndaşın gözünə tüpürüb.

Bu barədə “Ermənistan” fraksiyasından olan deputat Aspram Krpeyanla birlikdə vətəndaşın hüquqlarını qorumaq üçün polis idarəsinə gedən “Şərəf duyuram” fraksiyasından olan həmkarı Hayk Mamicanyan feysbuk hesablarında canlı yayımda bildirib.

“İrəvanın mərkəzində repatriant Karen Mkrtçyan parlamentinin sədrini görüb və “satqın” - deyə qışqırıb. Bundan sonra Alen Simonyan cangüdənlərinə Karenin qollarından tutmaq göstərişini verib, cangüdənlər Alenin göstərişini yerinə yetiriblər, Simonyan Kareni nalayiq sözlərlə söyüb, bundan sonra vətəndaşın gözlərinə tüpürüb.

O, bunu vətəndaşın çoxsaylı mühafizəçiləri tərəfindən saxlanmasından istifadə ilə edib. Bundan sonra mühafizəçilər polis gələnə qədər Kareni saxlayıblar. Karen polis bölməsinə aparılıb, şəxsiyyəti müəyyən edildikdən sonra sərbəst buraxılıb”, - Mamicanyan bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti