Volkswagen 143 min yolsuzluq avtomobilini geri çağırdı

   Volkswagen 143 min yolsuzluq avtomobilini geri çağırdı
  05 Aprel 2023    Oxunub:833
Volkswagen ABŞ-da satılan 2018-2021-ci il istehsallı 143 min Atlas yolsuzluq avtomobilini qabaq sərnişin oturacağındakı təhlükəsizlik yastığı nasazlığı səbəbindən geri çağırmaq məcburiyyətində qalıb.
Bu barədə çərşənbə günü CNN məlumat yayıb. ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsindən verilən açıqlamaya görə, problem sərnişinin çəkisini təyin edən sensorlardakı qüsurlara görə “naməlum səbəblərdən” yaranır.

Bu mexanizm uşaq ön sərnişin oturacağında olarsa, təhlükəsizlik yastıqlarının açılmasının qarşısını almalıdır, lakin nasazlıq səbəbindən təhlükəsizlik yastıqlarını tamamilə sıradan çıxarır.

Şirkətdən verilən məlumata görə, problemin səbəbi müəyyən edildikdən sonra nasazlığı olan avtomobil sahibləri onu pulsuz düzəldə biləcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti