Ümummilli liderin yaratdığı ənənəni yaşatmaq borcumuzdur
“Müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün böyük düha Heydər Əliyevin səyi nəticəsində inkişaf təntənəsini yaşayır. Hər bir azərbaycanlının və hər birimizin borcudur ki, ümummilli liderin yaratdığı ənənəni yaşadaq, müstəqil dövlətimizi qoruyaq. Bunun üçün vətəndaş cəmiyyəti institutunun boynuna böyük yük düşür. QHT-lərə dövlət tərəfindən yaradılmış şərait vətəndaş cəmiyyəti quruculuğu prosesinə təkan verdi. Dinamik inkişaf prosesi sürətləndikcə vətəndaş cəmiyyəti də gücləndi. Bütün bunlar məhz Ulu Öndərin siyasi kursunun nəticəsidir. QHT olaraq bizim xaricdə və daxildə təşkil etdiyimiz bütün konfranslar Ulu Öndərin xarici və daxili siyasətinə köklənib. Çünki İdarə Heyətində təmsil olunan ağsaqqallarımızın çoxu məhz Heydər Əliyevin rəhbərliyi altında çalışan, onunla birbaşa təmasda olan sadiq və sabiq dövlət qulluqçularıdır. “Heydər Əliyev ili” çərçivəsində TAİB-in Gənclər Təşkilatı da müxtəlif tədbirlər həyata keçirir. GT-nin təşkilatçılığı ilə Bakıda “Heydər Əliyev-2023”ü əks etdirən “flash-mob” keçiriləcək. Hazırda gənclər hazırlıq işləri görürlər. Bundan başqa may ayında qəzetimizin ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi buraxılışı olacaq. Heydər Əliyev təkcə Azərbaycanın deyil, ümumtürk dünyasının böyük sərkərdəsi, böyük dühasıdır. Bu xalq onun xidmətlərini heç zaman unutmayacaq! Xalqın qəlbində və tarixində əbədi olaraq yaşayacaq!”-deyə R. Əhmədov vurğulayıb.
Qeyd edək ki, “Heydər Əliyev ili” çərçivəsində ölkədə tədbirlər, konfranslar və aksiyalar həyata keçirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


