Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

   Yağış yağacaq, şimşək çaxacaq -    XƏBƏRDARLIQ
  05 Aprel 2023    Oxunub:1217
Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

AzVision.az


Teqlər:



Xəbər lenti