Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri Çində görüşəcək

Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri Çində görüşəcək
  05 Aprel 2023    Oxunub:844
Cümə axşamı Pekində Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirlərinin görüşü təşkil olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, hər iki ölkə mart ayında Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşma fonunda diplomatik yaxınlaşma istiqamətində gələcək addımlar üzərində işləyirlər.

Görüş zamanı əlaqələrin bərpası və səfirlərlə bağlı razılaşmalar müzakirə olunacaq. Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian təması iki ölkənin XİN rəhbərləri arasında son 7 ildə ilk rəsmi görüş olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti