Duda Zelenskiyə “Ağ Qartal” verdi - FOTO

   Duda Zelenskiyə “Ağ Qartal” verdi -    FOTO
  05 Aprel 2023    Oxunub:1004
Polşa lideri Anjey Duda ölkəsinin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenini Ukrayna prezidenti Vladimir Zelenskiyə təqdim edib.
Bu barədə RBC-Ukrayna məlumat yayıb. Dudanın sözlərinə görə, Zelenski bu mükafatı Polşa ilə Ukrayna arasında münasibətlərin dərinləşməsinə, təhlükəsizliyin təmin edilməsində və insan haqlarının qorunmasındakı xidmətlərinə görə alıb.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkədə hərbi əməliyyatların 2023-cü ildə başa çata biləcəyini bildirmişdi. O, həmçinin Çexiya prezidenti Petr Pavelin Ukraynanın əks-hücum əməliyyatına başlamaq üçün yalnız bir şansı olduğuna dair sözlərinə münasibət bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti