"Burada açar dövlətlər ABŞ və Böyük Britaniyadır" - Çavuşoğlu

   "Burada açar dövlətlər ABŞ və Böyük Britaniyadır" -    Çavuşoğlu
  05 Aprel 2023    Oxunub:934
"Ankara Rusiyadan dünya bazarlarına taxıl və gübrələrin maneəsiz tədarükü üçün BMT ilə işləməkdə davam edir". AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Diplomat xatırladıb ki, Rusiya ərzaq və gübrələrin tədarükü ilə bağlı müqavilələrin yerinə yetirilməsini tələb etdiyi üçün taxıl müqaviləsinin müddəti cəmi 60 gün uzadılıb.

“Biz BMT ilə bunun üzərində işləyirik. Bildiyiniz kimi, gəmi sığortası, bank əməliyyatları, limanlarda gəmilərə xidmət sahələrində maneələr var”.

Çavuşoğlu qeyd edib ki, bu məsələdə əsas açar dövlətlər ABŞ və Böyük Britaniyadır. O, Türkiyə tərəfinin ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə taxıl sazişinin icrasını müzakirə etdiyini vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti