İranlı nazir: "İsfahan PUA-la vurulmayıb"

      İranlı nazir:    "İsfahan PUA-la vurulmayıb"
  05 Aprel 2023    Oxunub:910
İranın daxili işlər naziri Əhməd Vahidi ötən gecə İsfahanda Müdafiə Nazirliyinə məxsus kompleksə pilotsuz təyyarə ilə hücum olması barədə xəbərlərin doğru olmadığını deyib.
AzVision.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

“Xeyr, hələlik mən bu xəbəri təsdiqləyə bilmərəm. Daha hərtərəfli araşdırmaya ehtiyac var”, - Vahidi deyib.

Xatırladaq ki, Tasnim agentliyi ölkə rəhbərliyinə istinadən xəbər yaymışdı ki, İsfahanda Müdafiə Nazirliyinin kompleksinə PUA-la hücum cəhdi olub. Agentliyin məlumatına görə, pilotsuz uçan aparat kompleksə yaxınlaşarkən hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti