"Müharibə bu il başa çata bilər, lakin..." - Ukraynanın müdafiə naziri

   "Müharibə bu il başa çata bilər, lakin..." -    Ukraynanın müdafiə naziri
  05 Aprel 2023    Oxunub:737
Ukraynada hərbi əməliyyatlar bu il başa çata bilər.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib. Lakin o vurğulayıb ki, Ukrayna xalqı bununla razılaşmayacaq:

"Əgər bütün son sosioloji araşdırmaları oxusanız, hamı qələbənin tərəfdarıdır, heç kim barışıqla razılaşmayacaq".

Reznikov Çexiya prezidenti Petr Pavelin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamaq üçün yalnız bir şansının olduğunu söyləyən bəyanatına da münasibət bildirib.

“Düşünürəm ki, Çexiya prezidenti indi siyasətçi kimi yox, daha çox hərbçi kimi danışır və hərbçilərin məntiqi belədir ki, onlar daim ən pis variantları hesablayırlar”, - deyə nazir hesab edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti