Rusiya XİN: “ABŞ odla oynayır”

      Rusiya XİN:    “ABŞ odla oynayır”
  05 Aprel 2023    Oxunub:1129
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ-ın gərgin münaqişə mərhələsinə keçdiyini bildirib.
O, bu barədə Sputnik radiosunun efirində deyib. Onun sözlərinə görə, ABŞ müxtəlif üsullarla Rusiyaya qarşı hibrid müharibədə iştirak edir. Diplomat qeyd edib ki, bu müharibənin bəzi formaları görünməmiş xarakter daşıyır.

Ryabkov nüvə müharibəsinin mümkün başlaması ilə bağlı söhbətə də münasibət bildirib. O vurğulayıb ki, Rusiya dəfələrlə nüvə müharibəsində qaliblərin ola bilməyəcəyinə işarə edib.

Diplomat Vaşinqtonun hərəkətlərini sözün əsl mənasında odla oyun adlandırıb. Ryabkov əlavə edib ki, ABŞ-ın Rusiyanın suverenliyini, ərazi bütövlüyünü və dövlətçiliyini qorumaq üçün bütün tədbirləri görmək və bütün vasitələrdən istifadə etmək əzmini qiymətləndirməməsi ölümcül səhv olardı.


AzVision.az


Teqlər:





Xəbər lenti