Latviyada əsgərlik məcburi oldu

   Latviyada əsgərlik məcburi oldu
  05 Aprel 2023    Oxunub:972
Latviya Seymi 18 yaşından kişilər üçün məcburi hərbi xidmət haqqında qanun qəbul edib.
“Dövlət Müdafiə Xidməti haqqında” qanunun təsdiqinin lehinə 68 deputat, əleyhinə isə 12 deputat səs verib. Qeyd olunub ki, üçüncü oxunuşda ən böyük mübahisəyə səbəb hərbi xidmətdən yayınmaya görə cinayət məsuliyyətini nəzərdə tutan norma olub.

Bu il Latviyada hərbi xidmətə çağırış könüllü olaraq qalacaq, lakin məcburi hərbi xidmətə çağırışla bağlı normalar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Latviyanın bütün vətəndaşları - kişilər - 18 yaşına çatdıqdan sonra bir il ərzində və 27 yaşına çatana qədər xidmət etməli olacaqlar.


AzVision.az


Teqlər:



Xəbər lenti