Bakı-Salyan yolunda ağır qəza: 3 nəfər öldü

 Bakı-Salyan yolunda ağır qəza:  3 nəfər öldü
  05 Aprel 2023    Oxunub:2057
Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən AzVision.az -a verilən məlumata görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü 1 qadın və 1 azyaşlı uşaq isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:



Xəbər lenti