Bu ərazidə su olmayacaq

Bu ərazidə su olmayacaq
  05 Aprel 2023    Oxunub:883
Sabah gündüz saatlarına qədər Bakının Cəlil Məmmədquluzadə küçəsinə və İzmir prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az -a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

AzVision.az



Teqlər:



Xəbər lenti