Rusiyada hepatit və sifilis kəskin artıb

   Rusiyada hepatit və sifilis kəskin artıb
  06 Aprel 2023    Oxunub:775
Bu ilin yanvar ayında HİV, hepatit və sifilis kimi yoluxucu xəstəliklərə yoluxanların sayı kəskin yüksəlib.
Bu barədə “Medvestnik” nəşri Federal Dövlət Statistika Xidmətinin və İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) hesabatlarına istinadən məlumat yayıb. Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə yeni diaqnoz qoyulmuş İİV-ə yoluxma halları 20%, süzənək infeksiyasına yoluxma halları 19% artıb. Vərəmlə bağlı vəziyyət də ürəkaçan deyil - xəstə sayı 10% artıb.

Aşkar edilmiş İİV-ə yoluxma hallarının yarısı 13 regionun payına düşür. Bunlar Moskva və Sankt-Peterburq, Kemerovo, İrkutsk, Novosibirsk, Nijni Novqorod, Samara, Rostov, Çelyabinsk və Sverdlovsk vilayətləri, həmçinin Krasnoyarsk, Krasnodar və Perm bölgələridir.


AzVision.az


Teqlər:





Xəbər lenti