İran və Səudiyyənin XİN rəhbərləri 7 ildən sonra bir araya gəldilər
Xatırladaq ki, bu günlərdə Səudiyyə KİV-ləri öz mənbələrinə istinadən Pekində iki ölkə arasında diplomatik münasibətlərin bərpasına dair razılaşmanın aktivləşdirilməsi üçün görüşün hazırlanması barədə məlumat yaymışdılar.
Qeyd edilib ki, görüş yeri kimi Pekinin seçilməsi onun bu ölkələr arasında razılığın əldə olunmasındakı rolu ilə bağlıdır. Pekinə səfər etməzdən əvvəl iki ölkənin xarici işlər nazirləri bir neçə dəfə telefonla da danışıblar.
Tural Tağıyev
AzVision.az