Keçmiş kəşfiyyatçı: "Ukrayna münaqişəsi yayda başa çatacaq"

      Keçmiş kəşfiyyatçı:    "Ukrayna münaqişəsi yayda başa çatacaq"
  06 Aprel 2023    Oxunub:1108
"Münaqişə Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücumlarından sonra, 2023-cü ilin yayında sona çatacaq".
AzVision.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan keçmiş kəşfiyyat zabiti Skott Ritter deyib. O, qeyd edib ki, Kiyev Zelenski hökumətinin “intihar meylləri” ucbatından qaçılmaz məğlubiyyətə uğrayacaq.

"Rusiya qalib gəlsə ABŞ hərbi büdcəsini artıracaq" - Keçmiş kəşfiyyatçı
“Ukraynanın "intihar meyllərini" ümumiləşdirsək görərik ki, onlar bütün resurslarını Artyomovska sərf etdilər ki, buranı əldə saxlasınlar. İndi isə məlum olur ki, Kiyev burada uduzur”, - Ritter “ThisDayPedia” YouTube kanalına müsahibəsində deyib.

Ritter onu da xüsusi olaraq vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri durmadan artır. Kiyev tezliklə həmin itkilərin yerini doldura bilməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Münaqişə   Kəşfiyyatçı  





Xəbər lenti