Corriere della Sera: "Berluskoni leykemiyadan əziyyət çəkir"

      Corriere della Sera:    "Berluskoni leykemiyadan əziyyət çəkir"
  06 Aprel 2023    Oxunub:1187
İtaliyanın keçmiş baş naziri, məşhur siyasətçi Silvio Berluskoni leykoz xəstəsidir. AzVision.az xəbər verir ki, bu barədə cümə axşamı İtaliyanın gündəlik "Corriere della Sera" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 86 yaşlı siyasətçi çərşənbə günü pnevmoniya şübhəsi ilə Milanın "San Raffaele" xəstəxanasına yerləşdirilib. Qeyd olunur ki, bu, onun sonuncu dəfə təcili xəstəxanaya aparılmasından cəmi bir həftə sonra baş verib. Qəzetin yazdığına görə, Milandakı xəstəxanada Berluskoninin sümük iliyi də daxil olmaqla bir neçə analizlər götürülüb və geniş müayinə aparılıb.

Berluskoni yenidən xəstəxanaya yerləşdirildi
"Corriere della Sera"nın yazır ki, sətəlcəm, ciddi ağciyər problemləri, bədənin ümumi zəifliyi leykemiyanın nəticəsi ola bilər.

Eks-baş nazir hazırda reanimasiya şöbəsindədir. Bununla belə, nəşr əldə etdiyi məlumatların mənbəyini göstərməyib. Hakim koalisiyaya daxil olan “İrəli, İtaliya” partiyasının liderinin vəziyyəti ilə bağlı nə həkimlərdən, nə partiyadan, nə də onun yaxınlarından rəsmi açıqlama gəlməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İtaliya   Leykemiya   Berluskoni  





Xəbər lenti