Mübariz Qurbanlı: "İran ölkəmizdəki məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb"

      Mübariz Qurbanlı:  "İran ölkəmizdəki məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb"
  06 Aprel 2023    Oxunub:1638
İran rejimi ölkəmizdəki məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb. Bunun qarşısını almaq üçün Dini Komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İran rejimi dini ideologiya ilə təzyiqlər göstərməyə çalışır:

"Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət-din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Dini Komitə bu kimi halların qarşısını almaq üçün geniş işlər görüb və görməkdədir".

O bildirib ki, məscidlərə dövlətin maraqlarını ifad etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb, 118 din xadimi isə işindən uzaqlaşdırılıb:

AzVision.az



Teqlər:



Xəbər lenti