Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı

   Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı
  06 Aprel 2023    Oxunub:1209
Ermənistan hökuməti ordu ilə bağlı diqqət çəkən addım atıb.
AzVision.az xəbər verir ki, hökumətin bu gün keçirilən iclasında Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışına çağırılması ilə bağlı qərar qəbul edilib.

“Armenpress” saytı yazır ki, təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti