KİV: Berluskoni kimyaterapiya almağa başlayıb
![KİV: Berluskoni kimyaterapiya almağa başlayıb KİV: Berluskoni kimyaterapiya almağa başlayıb](https://azvision.az/photos/2023/04/1_1660234-1680779335.jpg)
Bundan əvvəl İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri, Berluskoninin “İrəli İtaliya” partiyasının vitse-prezidenti Antonio Tayani siyasətçinin vəziyyətinin stabil olduğunu bildirib.
Qeyd edək ki, İtaliyanın keçmiş baş naziri, məşhur siyasətçi Silvio Berluskoni leykoz xəstəsidir. Bu barədə cümə axşamı İtaliyanın gündəlik "Corriere della Sera" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 86 yaşlı siyasətçi çərşənbə günü pnevmoniya şübhəsi ilə Milanın "San Raffaele" xəstəxanasına yerləşdirilib. Qeyd olunur ki, bu, onun sonuncu dəfə təcili xəstəxanaya aparılmasından cəmi bir həftə sonra baş verib. Qəzetin yazdığına görə, Milandakı xəstəxanada Berluskoninin sümük iliyi də daxil olmaqla bir neçə analizlər götürülüb və geniş müayinə aparılıb.
"Corriere della Sera"nın yazır ki, sətəlcəm, ciddi ağciyər problemləri, bədənin ümumi zəifliyi leykemiyanın nəticəsi ola bilər.
Eks-baş nazir hazırda reanimasiya şöbəsindədir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: