Google yenilik edir: Axtarış sistemində çat-bot olacaq

      Google yenilik edir:    Axtarış sistemində çat-bot olacaq
  06 Aprel 2023    Oxunub:1017
Google axtarış sisteminə danışıq süni intellekt xüsusiyyətləri əlavə etməyi planlaşdırır.Bunu “The Wall Street Journal”a müsahibəsində şirkətin rəhbəri Sundara Piçai deyib.
"İnsanlar axtarış motorlarına suallar verə və axtarış kontekstində böyük dil modelləri ilə əlaqə saxlaya biləcəklərmi?"sualına Piçai "Şərtsiz" deyə cavab verib. O, istifadəçilərin məhsula sərbəst girişi vaxtını açıqlamayıb.

Korporasiya rəhbəri qeyd edib ki, Google bu ilin fevralında təqdim etdiyi Bard süni intellektə əsaslanan çat -botunu yeni süni intellekt modellərinin köməyi ilə təkmilləşdirməyə davam edəcək.

Korporasiya əvvəllər ChatGPT süni intellekt əsaslı çat - botun inkişafına 10 milyard dollar sərmayə qoyan Microsoft ilə effektiv rəqabət aparmaq üçün yeni texnologiya hazırlayır.

Mütəxəssislərin fikrincə, bu texnologiyanın köməyi ilə “Microsoft” servisləri mətn korreksiyasından daha mürəkkəb tapşırıqları yerinə yetirə biləcək.

Keçən ay Google ən böyük süni intellekt sistemlərindən biri olan Pathways dil modelini bulud hesablama xidmətində tərtibatçılar üçün açıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti