Stoltenberq: “İsveç NATO-ya üzv olacaq”

      Stoltenberq:    “İsveç NATO-ya üzv olacaq”
  06 Aprel 2023    Oxunub:733
“İsveç Türkiyə və Macarıstanın müqavimətinə baxmayaraq, Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olacaq”.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “CNN” telekanalına müsahibəsində bildirib. Stoltenberq “CNN”in müxbiri Beki Andersona deyib: “Mən İsveçin üzv olacağına əminəm, ən azı ona görə ki, bütün NATO müttəfiqləri, o cümlədən Türkiyə Madriddə keçirilən sammitimizdə İsveçi üzv olmağa dəvət edib”.

O, həmçinin Ukraynanın ehtiyaclarını ödəmək üçün sursat istehsalını artıracağına söz verib. “İndi bu, logistika müharibəsinə çevrilib. Biz hasilatı və qismən öz ehtiyatlarımızı artırmaq üçün müdafiə sənayesi ilə sıx işləyirik, eyni zamanda Ukraynaya dəstəyimizi davam etdiririk”.

AzVision.az


Teqlər:





Xəbər lenti