İsveç terrorçunu Türkiyəyə təhvil verməkdən imtina etdi

   İsveç terrorçunu Türkiyəyə təhvil verməkdən imtina etdi
  06 Aprel 2023    Oxunub:695
İsveç hökməti Ankaranın terrorda ittiham etdiyi şəxsi Türkiyəyə təhvil verməkdən imtina edib. Bu barədə RT xarici KİV-ə istinadən xəbər verir.
Təxminən 50 yaşı olan şəxsin İsveç vətəndaşlığının olduğu qeyd edilir. Türkiyədə aparılan istintaq onun silahlı terror təşkilatının üzvü olduğunu bildirir. Ekstradisiya sorğusu 2022-ci ilin noyabrında təqdim edilib.

Qeyd edək ki, rəsmi Ankara dəfələrlə Stokholmu ərazisində yerləşən terrorçuları təhvil verməyə çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti