MN tərəfindən 29 min ha ərazi minalardan təmizlənib

   MN tərəfindən 29 min ha ərazi minalardan təmizlənib
  06 Aprel 2023    Oxunub:1087
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin (MN) mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi minalardan təmizlənib.
AzVision.az xəbər verir ki, bu barədə MN-in təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup Türkiyə və yerli media nümayəndələri üçün təşkil edilən media-turda bildirilib.

Qeyd olunub ki, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti