İsveç Türkiyənin tələb etdiyi şəxsi ekstradisiya etməyəcək

   İsveç Türkiyənin tələb etdiyi şəxsi ekstradisiya etməyəcək
  06 Aprel 2023    Oxunub:1149
İsveç hökuməti Ankaranın terrorizmdə ittiham etdiyi şəxsi Türkiyəyə ekstradisiya etməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə "Svenska Dagbladet" hökümətin qərarına istinadən əlumat verib.

50 yaşlı şübhəli İsveç vətəndaşıdır. Ankara onu Türkiyədə “silahlı terror təşkilatı”nın üzvü hesab edir. Ekstradisiya sorğusu 2022-ci ilin noyabrında təqdim edilib.

Qeyd olunur ki, ekstradisiyadan imtina barədə qərar Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasında qəbul edilib. Bununla belə, hökumət dələduzluğa görə 13 ilə yaxın həbs cəzasına məhkum edilmiş şəxsin ekstradisiyasına icazə verib.

"Türkiyə vətəndaşı olan şəxs İsveçdə də saxlanılıb. Krallığın Ali Məhkəməsi onun ekstradisiyasına heç bir maneə tapmadığını bildirib", - məqalədə deyilir.

Qeyd edək ki, İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə kürd təşkilatlarının terror təşkilatı elan edilməsini, terrorizmdə və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək, üzvlük prosesini əngəlləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti