Ağdamda insan skeletinə bənzər sümüklər aşkarlandı: Prokurorlar araşdırmaya başladı

 Ağdamda insan skeletinə bənzər sümüklər aşkarlandı:  Prokurorlar araşdırmaya başladı
  07 Aprel 2023    Oxunub:1470
Ağdamda insan skeletinə bənzər sümüklər aşkar edilib.
Ağdam rayon, “Ergi düzü” adlanan ərazidə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Ağdam rayon, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skletinə bənzər sümüklər aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti