Prezident Səhiyyə Günü münasibətilə paylaşım edib

   Prezident Səhiyyə Günü münasibətilə paylaşım edib
  07 Aprel 2023    Oxunub:1023
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım edib.
AzVision.az xəbər ki, paylaşımda deyilir: “Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

AzVision.az



Teqlər:



Xəbər lenti