İranlı diplomatların Azərbaycandan çıxarılması prosesi başlanıldı - YENİLƏNİB

 İranlı diplomatların Azərbaycandan çıxarılması prosesi başlanıldı -  YENİLƏNİB
  07 Aprel 2023    Oxunub:1987
İran səfirliyinin “persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmin diplomatlar aşağıdakılardır:

Mirmahdi Mirsalampur Şərif
Qurbanəli Purmərcan Varcovi
Hadı Moğadam
Əsgər Bahari Xoş Mənzər.


Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona- non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

**

Xarici İşlər Nazirliyinin “persona-non-grata” elan etdiyi İran səfirliyinin diplomatlarının adları məlum olub. AzVision.az APA-ya istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

Mirmahdi Mirsalampur Şərif
Qurbanəli Purmərcan Varcovi
Hadı Moğadam
Əsgər Bahari Xoş Mənzər


AzVision.az


Teqlər:



Xəbər lenti