"Qarabağa UNESCO missiyasının göndərilməsinə maneələri məhz Ermənistan yaradıb"

   "Qarabağa UNESCO missiyasının göndərilməsinə maneələri məhz Ermənistan yaradıb"
  07 Aprel 2023    Oxunub:825
"Son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb".
Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, bu yöndə gələn təklifləri Ermənistan davamlı şəkildə rədd edib.

Azərbaycan daim UNESCO-nun missiyasını dəstəklədiyini bildirən XİN rəhbəri deyib ki, UNESCO üzrə ölkəmizin milli komissiyası bütün tədqiqat işlərində müştərək formada çalışıb. Onun sözlərinə görə, Azərbaycan dünyada mədəniyyətlərarası birlik baxımından çox əhəmiyyətli yerə malikdir. Ölkəmiz UNESCO ilə təhsil, mədəniyyət və digər sahələr baxımından daimi əməkdaşlıq edir.

AzVision.az


Teqlər:



Xəbər lenti